2015-ci il «Azərişıq» üçün ziyanlı olub
“Azərişıq” ASC 2015-ci il üçün maliyyə-iqtisadi hesabatını açıqlayıb.
Məlumata əsasən, ötən il şirkəti ciddi ziyanla işləyib.
2015-ci ildə şirkətin xalis itkisi 31,287 mln manat olub. Bir il öncə şirkət 5,189 mln manat mənfəət əldə etmişdi.
“Azərişıq” ASC-nin bölünməyən mənfəəti 2,4 dəfə - 120,036 mln manatdan 50,136 mln manata azalıb.
“Azərişıq” ASC-nin aktivləri ötən il 1322,973 mln-dan 2027,923 mln manata, nizamnamə kapitalı 623,534 mln-dan 1319,208 mln manata artıb.
2015-ci ildə şirkətin debitor borcları 465,364 mln-dan 524,257 mln manata artıb. Operator yığım perspektivinə şübhə ilə yanaşır və 26,213 mln manat ehtiyat yaradıb.
2015-ci ildə elektrik enerjisinin maya dəyəri 377,751 mln-dan 679,953 mln manata artıb. Debotor borcları nəzərə alınsa, belə çıxır ki, operator satılan elektrik enerjisinin qiymətinin 22,8%-i toplaya bilib, deyə abc.az portalı bildirir.
Elektrik enerjisinin satışı 427,254 mln-dan 756,785 mln manata artıb. Debotor borcları nəzərə alınsa, abunəçi ödənişi satışın 31,7%-I qədər olub.
Turan xatırladır ki, “Azərişıq” ASC “Azərenerji”yə olan borcunu ödəmək qabiliyyətində deyil. Sonuncunun isə 2016-cı ilin I rübü üçün SOCAR-a aldığı qaza görə 350 mln manat borcu var. Beləliklə, dövlət müəssisələri arasında maliyyə intizamı pozulub.–12В--
-
- İqtisadiyyat
- 4 May 2016 22:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz