2015-ci ildə AÇG-də neft hasilatının artacağı gözlənilir
"Azəri-Çıraq-Günəşli" yatağını işləyən konsorsium 2015-ci ildə hasilatı artırmağı planlaşdırır. Bu barədə Turan-a ВР-dəki mənbə məlumat verib.
ВР təmsilçisinin sözlərinə görə, AÇG-də hasilatı artırmaq üçün “Qərbi Çıraq” hasilat platformasında yeni quyular qazılacaq. Bu, hasilatı artırmağa imkan verəcək. İkincisi, 2014-cü ildə iki əsas platformada – “Mərkəzi Azəri” və “Qərbi Azəri”də təmir-modernləşmə işləri başa çatacaq və bu platformalar sayəsində blok tam gücü ilə istismar ediləcək. Nəticədə hasilat artacaq.
2013-cü ildə AÇG-də hasilat 32,5 mln ton olub. 2014-cü ildə hasilat bir qədər azalacaq.
Kontraktda pay bölgüsü belədir: ВР (operator) - 35,78%, ARDNŞ - 11,65%, Chevron - 11,27%, Inpex - 10,96%, Statoil - 8,56%, Exxon – 8%, ТРАО - 6,75%, Itocu - 4,3% və ONGC - 2,72%. –12C--
-
- Siyasət
- 4 Fevral 2014 12:11
-
- İqtisadiyyat
- 4 Fevral 2014 12:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz