2015-ci ildə SOCAR Ceyhan terminalından neft nəqlini 12,5% azaldıb
SOCAR 2015-ci ildə Ceyhan terminalından 17 mln 931,458 min ton Azərbaycan nefti nəql edib. Bu, 2014-cü ilin göstəricisindən 12,5% azdır.
SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, 2015-ci ilin dekabr ayında ARDNŞ Ceyhan terminalından 1 mln 852,763 min ton neft nəql edib.
Xəbər verildiyi kimi, 2014-cü ildə şirkət Ceyhan terminalından 20 mln 483,248 min ton Azərbaycan nefti yola salıb.
* Layihənin iştirakçıları bunlardır: BP (30,1%); SOCAR (25%); Chevron (8,9%); Statoil (8,71%); TPAO (6,53%); ENI (5%); Itochu (3,4%); ConocoPhillips (2,5%); INPEX (2,5%), Total (5%) və ONGC (2,36%).—12D--
-
- Cəmiyyət
- 6 Yanvar 2016 11:37
-
- İqtisadiyyat
- 6 Yanvar 2016 12:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz