2015-cü ilin 4 ayında Azərbaycan neftinin barreli $55,79 olub
Azərbaycan 2015-ci ilin yanvar-aprel aylarında 11 mln 124 min 548,72 ton neft ixrac edib. Bu, 2014-cü ilin analoji dövrünün göstəricisindən 1,4% azdır. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.
Sayğacların göstəricilərinə əsasən, bu ilin yanvar-aprel aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 8 mln 839 min 695,54 ton (həmçinin “Şahdəniz” yatağından 719 min 947,88 ton qaz kondensatı), Bakı-Supsa neft kəməri ilə 1 mln 456 min 843,5 ton, Bakı-Novorossiysk neft kəməri ilə 424,351 min ton neft ixrac olunub. Dəmir yolu ilə Gürcüstan limanlarına 403 min 658,68 ton neft daşınıb.
Komitənin məlumatına görə, 2015-ci ilin yanvar-aprel ayları ərzində bəyan edilən ixrac həcmi $3 mlrd 275 mln 414,47 min məbləğində 7 mln 932 min 937,76 ton təşkil edib. Yəni Azərbaycan 1 ton nefti $412,89-a və ya 1 barreli $55,79-a satıb. Turan-ın məlumatına görə, bu, 2014-cü ilin analoji dövrünün göstəricisindən 48,8% aşağıdır. –12В--
-
- Cəmiyyət
- 18 May 2015 13:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz