2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər təsdiqlənib
Azərbaycan prezidenti büdcəyə dəyişiklikləri təsdiqləyib. Dəyişikliklər
fevralın 23-də parlamentdə qəbul edilib.
Fərmana görə, büdcənin gəlir hissəsi 16 mlrd. 822 mln. manata, xərclər hissəsi 18 mlrd. 495 mln. manata çatdırılıb.
Gəlir hissəsinə mərkəzləşdirilmiş gəlirlər – 16 mlrd. 56 mln. manat və yerli gəlirlər – 766,35 mln. manat, xərclər hissəsinə 16 mlrd. 954 mln. manat səviyyəsində mərkəzləşdirilmiş gəlirlər, 1 mlrd. 541 mln. manat həcmində yerli xərclər daxl edilib.
Qanunun yeni redaksiyası Dövlət Neft Fondunun $1 mlrd. və ya 1 mlrd. 615 mln. manat vəsaitinə qənaət edilməsinə imkan verəcək.
Xatırladaq ki, ARDNF-dən dövlət büdcəsinə transfertlər 7 mlrd. 615 mln. manat (ARDNF-in bütün gəlirlərinin 45,3%-i) təşkil edib.
Praktika belədir ki, may-iyun aylarında dövlət başçısı ARDNF-dən dövlət büdcəsinə əlavə vəsaitin ayrılması haqda fərmanlar imzalayır.
Dövlət büdcəsinin kəsiri 1,673 mlrd. manat təşkil edəcək
Əsas xarici borc üzrə ödənişlər 1,139 mlrd. manat, faizlər üzrə ödənişlər 334,31 mln. manat təşkil edəcək. Daxili borclar üzrə əsas borc ödəmələri 257,44 mln. manat, faizlər üzrə 43,62 mln. manat nəzərdə tutulub.-17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz