Açiq mənbələrdən foto.
36 ölkənin vətəndaşları Azərbaycanda daşınmaz əmlak alıb
Bakı/01.06.23/Turan: 2022-ci ildə Azərbaycanda əcnəbilər tərəfindən 1577 daşınmaz əmlak obyekti alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) "Turan"ın informasiya sorğusuna verdiyi cavabda deyilir.
ƏMDX-nin məlumatına görə, qeyd olunan dövr ərzində daşınmaz əmlakın alınması üzrə əməliyyatların 72,1%-i (1138 obyekt) Rusiya vətəndaşlarının payına düşüb.
2019-2021-ci illərdə olduğu kimi, ötən il Azərbaycanda 135 daşınmaz əmlak alan Gürcüstan vətəndaşları ikincidir. İranlılar Azərbaycanda alınan daşınmaz əmlak obyektlərinin sayına görə (51 obyekt) Türkiyə vətəndaşlarını (45) qabaqlayaraq üçüncü yerə yüksəliblər.
Ümumilikdə, 2022-ci ildə Qazaxıstan (43), Ukrayna (36), Almaniya (19), İsrail (14), BƏƏ (11), Özbəkistan (10), Belarus (8), Böyük Britaniya (8 ) və s. daxil olmaqla, dünyanın 36 ölkəsinin vətəndaşları Azərbaycanda daşınmaz əmlaka investisiya qoyub. 08B
-
- Siyasət
- 1 İyun 2023 12:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz