7 ayda Azərbaycanda əmtəəlik neft hasilatı azalıb
Azərbaycanda əmtəəlik neft hasilatı 2015-ci ilin yanvar-iyulunda 24 mln 490,1 min ton olub. Bu, ötən ilin eyni dövründəkindən 1,8% azdır. Bu barədə Dövlətstatkom məlumat verir.
Azərbaycanda əmtəəlik neft hasilatı:
Aylar | Həcm (min ton) |
Yanvar | 3658,9 |
Fevral | 3285,0 |
Mart | 3601,2 |
Aprel | 3650,9 |
May | 3416,5 |
İyun | 3329,8 |
İyul | 3547,8 |
1 avqust 2015-ci il üçün neftin anbar ehtiyatı 328,4 min ton olub. 1 iyulda bu göstərici 384,1 min ton idi.
Ötən il hasilat 42041,8 min ton olub. Ötən il ən çox hasilat avqustda olub - - 3751,5 min ton. –12D--
-
- Siyasət
- 17 Avqust 2015 22:40
-
- İqtisadiyyat
- 18 Avqust 2015 12:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz