79 sahibkarlıq subyekti investisiya təşviqi sənədi alıb
2016-cı ildə 79 sahibkarlıq subyekti, o cümlədən 6 fərdi sahibkar investisiya təşviqi sənədi alıb, deyə İqtisadiyyat Nazirliyində Turan-a bildiriblər.
Bu sahibkarlara 84 investisiya təşviqi sənədi verilib. Bu sənədlər əsasında 61 sahibkara 241 təsdiqedici sənəd verilib.
İl ərzində İqtisadiyyat Nazirliyinə 97 sahibkarlıq subyekti tərəfindən investisiya təşviqi sənədi əsasında təsdiqedici sənədin verilməsi ilə bağlı 270 müraciət olub.
2016-cı ilin yanvarında “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalanıb. Həmin ayda “Gömrük tarifi haqqında” yeni müddəalar qüvvəyə minib. Onlara əsasən, sahibkarların investisiya təşviqi sənədini aldıqları andan müvafiq təsdiqedici sənəd əsasında idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular 7 il müddətinə gömrük rüsumlarından azad olunur.
Bundan başqa, investisiya təşviqi sənədi alan sahibkarlar mənfəət vergisinin 50%-i ödyəcək. Onlar həmçinin əmlak və torpaq vergisindən 7 il müddətinə azad edilir. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz