8,5 ildə 15,33 min vətəndaşa ipoteka krediti verilib
Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil bankları 2006-cı ilin martından 2014-cü ilin sentyabrına kimi 15 min 326 ipoteka kreditinin təmin edilməsi üçün (orta hesabla hərəyə 39 min 765,31 manat).609 mln 443,1 min manat vəsait verib.
AİF-in saytında verilən məlumata görə, 2007-ci ilin ilk 6 ayında sosial ipoteka (maksimal həcm 50 min manat, dərəcə 4%) verilib. Əlverilşi olmadığı üçün proses dayandırılıb. 1 iyun 2009-cu ildən kommersiya şərtləri ilə (50 min manata qədər, 25 ilədək müddətə, illik 8%-dən çox olmamaqla) kredit verilir.
Hazırda AİF-in agentləri 28 bankdır. Kommersiya şərtləri ilə ipoteka kreditləri Fondun buraxdığı istiqrazlar hesabına verilir. İpoteka kreditləri manatla, Azərbaycan vətəndaşlarına verilir. Dövlət təkcə sosial ipotekaya yardım edir. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz