9 sığortaçı Green Card sisteminə çıxış əldə edib
“İpək Yolu Sığorta” şirkəti Green Card sisteminin reyestrinə daxil edilən 9-cu şirkət olub.
İcbari Sığorta Bürosundan (İSB) verilən məlumata görə, şirkət dünən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərmək üçün Yaşıl Kart sığortaçılarının reyestrinə daxil edilib.
"İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 50-2-ci maddəsinə uyğun olaraq, sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərmək üçün Yaşıl Kart sığortaçılarının reyestrinə daxil olmalıdırlar.
Dünən beynəlxalq xidmətdə maraqlı olan sığortaçıların qeydiyyat müddəti başa çatıb.
Azərbaycan yanvarın 1-dən Green Card Cənub-Şərq Qrupunun 10 il müddətinə tranzit üzvü olacaq. Sistemdə ölkənin təmsilçisi ISB-dir. --17D—
-
- İqtisadiyyat
- 22 Dekabr 2015 13:39
-
- Cəmiyyət
- 22 Dekabr 2015 13:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz