ABB korporeativ üslübünu dəyişib
Azərbaycan Beynəlxalq Bankı yeni inkişaf strategiyası çərçivəsində korporativ üslubunu da dəyişir, deyə bankın mətbuat xidməti bildirir.
Bankın loqotipi də dəyişdirilib. ABB-nin yeni rəmzi şəbəkə naxışlarının yaratdığı səkkiz guşəli ulduzdur. Loqotip milli ornamentlərdən istifadə etməklə milli mədəniyyətə verilən yüksək dəyəri göstərir və əsas fəaliyyət qayəsinin vizual ifadəsinə kömək edir. Eyni zamanda, Azərbaycan Beynəlxalq Bankının daimi inkişafa can atmasını rəmzləşdirir.
Bankın korporativ rənginin açıq göy rəngdə müəyyənləşdirilməsinin də rəmzi mənası var. Bu rəng qarşılıqlı inamı, ciddiliyi, bankın dayanıqlığını ifadə edir. Göy rəngin açıq çaları həm də, parlaqlıq, aydınlıq ovqatı yaradır. Göy rənglə harmoniya təşkil edən ağ rəng isə məmnuniyyətə, açıqlığa işarədir.
Bankın korporativ üslubunda baş verən daha bir yenilik də sloqan seçimidir: “Uğuruna imza at!” Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlığı müştərilər üçün əsas uğur faktoruna çevirməyə çalışan Bank bundan sonra onlara belə bir sloqanla üz tutacaq.08D
-
- Cəmiyyət
- 14 Mart 2016 16:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz