ABŞ-ın 14 şirkətindən ibarət ticarət missiyası Azərbaycana səfər edəcək
Bakı/14.10.17/Turan: ABŞ səfirliyi bildirib ki, Amerikanın 14 şirkətini təmsil edən 27 nümayəndədən ibarət ən böyük ticarət missiyası Azərbaycana səfərə gələcək.
Missiyanın səfəri Amerika-Azərbaycan Ticarət-Sənaye Palatasının və ABŞ Ticarət Nazirliyinin nəzarəti altında həyata keçiriləcək.
Şirkətlər ticari sektorların geniş və müxtəlif sahələrini təmsil edir. Nümayəndələr işgüzar görüşlər və müşavirələr keçirəcəklər. Missiya iştirakçıları həmçinin iqtisadiyyat Nazirliyi və AzPromo ilə də dəyirmi masa keçirəcəklər.
Nümayəndə heyətini Türkiyə və Azərbaycan üzrə Ticarət Missiyalarının Müşaviri Uilyam Çajkovski və Xarici Özəl İnvestisiya Korporasiyasının İcraçı Direktoru Kennet Angell də müşayiət edəcək.
Onlar ABŞ Səfiri Robert F. Sekuta ilə birlikdə, hökumət nazirlikləri ilə görüşüb Azərbaycan hökumətinin həyata keçirdiyi islahatları və daha çox ABŞ investisiyalarını cəlb etmək üçün Azərbaycana kömək etməyin yollarını müzakirə edəcəklər. -0-
-
- Cəmiyyət
- 14 Oktyabr 2017 14:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz