Paige Viren
- İqtisadiyyat
- 3 Aprel 2018, 16:37
- 254
ABŞ səfirliyi Azərbaycana ekoturizmin inkişafına kömək edir
Bakı/03.04.18/Turan: ABŞ-ın Azərbaycandakı səfirliyi Şərqi Karolina Universitetinin eko-turizm üzrə eksperti professor Paige Vireni ölkəmizin ekoturizm sektorunu inkişaf etdirmək üçün Azərbaycana gətirilmişdir. Aprelin 2-8-də nəzərdə tutulan səfəri zamanı o, ABŞ-ın çox milyard dollarlıq ekoturizm sektoru ilə bağlı öz təcrübələrini və biliklərini bölüşmək üçün yerli biznes, dövlət rəsmiləri, tələbə qrupları və turizm idarəçiləri ilə görüşəcək.
Xanım Virenin səfəri Azərbaycanın ekoloji baxımdan göstərdiyi səyləri və ekoturizm üzrə ilkin addımlarını dəstəkləyəcəkdir. Azərbaycanda eko-turizm böyük potensiala malikdir: bu, iqtisadi diversifikasiyanın əsas hissəsi olmaqla regionların yerli əhalisinin, eləcə də təhsilli gənc azərbaycanlıların Azərbaycan iqtisadiyyatına töhfə verməsinə imkan yaradır. Bundan əlavə, eko-turizm ətraf mühitin qorunması, çirklənmənin azaldılmasını və dünyanın təbii ehtiyyatlarının məsuliyyətlə idarə edilməsini təşviq edir.
Xanım Viren özünün 12 ildən çox olan turizm sənayesi üzrə təcrübəsini özü ilə gətirir. Onun təcrübə sahəsi istehlakçı davranışı və turizmdir və burada əsas diqqət əyalətlərdə davamlı cəmiyyətə əsaslanan turizm və macəra səyahətinə yönəldilir. Bu barədə ABŞ səfirliyi xəbər verir.--0--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz