ABTM maliyyə hesabatlılığı üzrə regional təlimləri davam etdirir
Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) 4-5 oktyabrda Gəncədə Gəncə-Qazax iqtisadi rayonunun ərazisindəki kiçik və orta müəssisələr üçün “Maliyyə menecmenti: maliyyə hesabatı və analiz” mövzusunda təlimlər keçirəcək.
Sentyabrın 6-7-də belə təlimlər Quba-Xaçmaz iqtisadi rayonunun ərazisindəki kiçik və orta müəssisələr üçün keçirilmişdi.
Təlimlərdə məqsəd uçot, hesabat və maliyyə nəzarəti keçirməkdə kiçik və orta müəssisələrə köməkdir. Bundan başqa, iştirakçılar Avropa Yenidənqurma və İnkişaf Bankının müxtəlif xidmətlərindən istifadə imkanı əldə edəcəklər.
Təlimlər maliyyə institutları, neft-kimya, spirtli içki və tütün sənayeləri istisna olmaqla, digər bütün sektorlara aid yerli, habelə 50%-dən çoxu Azərbaycanın fiziki və hüququ şəxslərinə məxsus ortaq şirkətlərin 15 nümayəndəsi üçün nəzərdə tutulur.
Təlimlər Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan Biznes Məsləhəti Xidmətləri Proqramı hesabına maliyyələşir, iştirak haqqı 20 manatdır.– –15D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz