«Accessbank»da depozitlər 3,8% azalıb
«Accessbank»ın aktivləri 2016-cı ilin 3-cü rübündə ilin əvvəlinə nisbətən 11,3% (134 mln 709 min manat) azalaraq 1 mlrd 54 mln 88 min manat olub.
Turan-ın məlumatına görə, bankın öhdəlikləri 60 mln 498 min manat (5,8%) azalaraq 970 mln 59 min manat təşkil edib.
«Accessbank»da depozitlər 10 mln 635 min manat (3,8%) azalaraq 269 mln 177 min manat olub.
Mərkəzi Banka borc ilin əvvəlindən 20 mln-dan 30 mln manata artıb.
«Accessbank»ın kapitalı 84 mln 29 min manat (azalma 46,9% - 74 mln 211 min manat) təşkil edib.71D
-
- İqtisadiyyat
- 17 Noyabr 2016 11:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz