AÇG blokunda quyuların sayı artır, hasilat azalır
“Azəri-Çıraq-Günəşli” blokundan neft hasilatı 2015-ci ilin I yarısında 87 istismar quyusundan həyata keçirilib. Bu barədə BP-Azerbaijan-ın II rüb üçün hesabatında bildirilir.
2015-ci ilin yanvar-iyununda blokda 9 hasilat, 1 suvurma (2014-cü ilin eyni dövründə 8 və 1 quyu) quyusu qazılıb .
2015-ci il iyunun sonu üçün istismarda 87 neft, 40 suvurma quyusu (müvafiq olaraq 81 və 36 quyu) olub.
2015-ci ilin I yarısında BP AÇG-dən 116 mln barrel neft hasil edib. Bu, əvvəlki ildəkindən 2,8 mln barrel azdır.
Layihə iştirakçıları bunlardır: BP (35,78%), Chevron (11,27%), ExxonMobil (8%), ONGC (2,72%), SOCAR (11,65%), Inpex Corp. (10,96%), ITOCHU Oil (4,3%), Statoil (8,56%), TPAO (6,75%).
“Çıraq” yatağından hasilat 1997-ci ilin noyabrında, “Mərkəzi Azəri”də 13 fevral 2005-cı ildə, “Qərbi Azəri”də 30 dekabr 2005-ci ildə, “Şərqi Azəri”də 21 oktyabr 2006-cı ildə “Dərinsulu Günəşli”də 2008-ci ildə “Qərbi Çıraq”da 29 yanvar 2014-cü ildə başlayıb. –12D--
-
- Cəmiyyət
- 15 Avqust 2015 14:40
-
- İqtisadiyyat
- 17 Avqust 2015 12:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz