AƏSF 3 rübün hesabatını verib
Əmanətlərin Sığortalanması Fondunun investisiya fəaliyyəti səmərəlidir.
Oktyabrın 1-i üçün AƏSF-in manatla olan vəsaitləri 74, 3 milyon manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilib və orta hesabla illik gəlirlilik 4,3 % təşkil edib. Fondun 5,0 milyon avro vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur.
AMB-nin uçot dərəcəsi iyulun 30-dan 3,5%-ə endirilib.
Oktyabrın 1-i üçün AƏSF-in aktivləri 88,5 mln manat (1 iyulda 83,4 mln) sığortalanan əmanətlər isə 1799 milyon manat (1 iyulda 1931 mln) olub.
Sığortalanan əmanətlər fiziki şəxslərin depozitlərinin (6,6 mlrd manat) 51,8%-dir. Oktyabrın 1-i üçün üzv banklar tərəfindən 6 347 min əmanətçiyə xidmət göstərilir ki, onların da 5 745 min (90,5%) nəfəri qorunan əmanətçidir. --17D—
-
- İqtisadiyyat
- 2 Dekabr 2014 18:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz