«AGBank» bu dəfə «Bank Standard» ilə birləşir
“AGBank” ASC “Bank Standard” QSC ilə konsolidasiya barədə niyyət protokolunun imzalandığını elan edib. Bu, “AGBank”ın ölkənin maliyyə bazarında özünü saxlamaq üçün ikinci cəhdidir.
Əldə olunmuş razılaşmaya əsasən iki bankınnümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılır. Qrup “AGBank”ASC-nin “Bank Standard” QSC ilə birləşmə şərtlərini və prinsiplərini işləyib hazırlayacaq.
Qeyd edək ki, bundan öncə belə ilkin razılaşma bu ilin yanvarında “AGBank”ASC ilə “Demirbank” ASC arasında əldə edilmişdi. Lakin birləşmə baş tutmadı. Belə ki, tərəflər əsas məsələlərə bağlı razılığa gələ bilməyiblər.
“Bank Standard” QSC 1995-ci ildə yaradılıb və “AB Standard” QSC-nin mülkiyyətidir ki, bu da Azərbaycan hökumətinin keçmiş üzvü Heydər Babayevə məxsusdur. 2014-cü il yanvarın 1-i üçün bankın aktivləri 994 mln. manat təşkil edib.
“AGBank” ASC 1993-cü ildən fəaliyyət göstərir. Bankın səhmdarları Beynəlxalq Maliyyə Korporasiyası 17,5%, “Kazimir Partners” şirkəti, həmçinin 60-da çox fiziki şəxsdir. 2015-ci il yanvarın 1-i üçün bankın aktivləri 490 mln. manat təşkil edib. --08B-
-
- İqtisadiyyat
- 12 Fevral 2016 10:39
-
- Cəmiyyət
- 12 Fevral 2016 11:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz