AGBankda ötən il 34,9% artım olub
Ötən il "AGBank" ASC-nin aktivləri 34,9% artaraq 467,41 mln manata çatıb. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 41,1% artaraq 352,7 mln manat təşkil edib.
Bankın ümumi öhdəlikləri 299,53 mln-dan 415,81 mln manata artıb. Depozit portfeli 24% genişlənərək 272,97mln manat, o cümlədən müddətli müştəri əmanətləri 22,7% artaraq 191,49 mln manat olub.
Balans kapitalı 10% artaraq 51,6 mln manat, məcmu kapital 17,6% artaraq 50,07 mln manat təşkil edib. Ödənilmiş nizamnamə fondu 25 mln manat səviyyəsində qalıb.
bankın gəlirləri 59,35 mln manat, xərcləri 53,03 mln manat olub. Onlar 2012-ci illə müqayisədə 24,5% və 25,3% artıb. Vergi ödəniləndən sonra xalis mənfəət 17,5% azalaraq 2,5 mln manat olub.. --15B--
-
- İqtisadiyyat
- 21 Yanvar 2014 14:01
-
- İqtisadiyyat
- 21 Yanvar 2014 14:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz