AİF-in 3 mln manat istiqrazları üzrə hərrac
3 iyulda Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) faizli sənədsiz, təminatlı, adlı istiqrazlarının yerləşdirilməsi başlayıb.
Bakı Fond Birjasının məlumatına görə, satışa 3 mln manatlıq istiqraz çıxarılıb. Ümumi emisisya həcmi 40 mln manatdır. 40 min istiqrazın hər birinin nominalı 1 min manat, faiz dərəcəsi illik 3%, silinmə tarixi 6 noyabr 2022-ci ildir. Bu satışa çıxarılan ilk partiyadır. Yeddi hərracda 34 mln manat istiqraz yerləşdirilib. Əvvəlki 5 emissiyada Fond 240 mln manat yerləşdirib.
AİF 2005-ci ildə yaradılıb, 2006-cı ildən kredit verir. Banklar üçün sərfəsiz sosial ipoteka (maksimum 50 min manat, dərəcə 4%) 2007-ci ildə başlayıb, yarım il sonra dayanıb.
1 iyun 2009-cu ildən kommersiya ipotekası verilir (50 minədək, 3-25 illiyə, dərəcə 8%).
Ötən il AİF 74,77 mln manat kredit verib. --17D—
-
- İqtisadiyyat
- 3 İyul 2013 14:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz