Kənd təsərrüfatı subsidiyaları üzrə növbəti qərar qəbul edilib
İyulun 2-də Kənd təsərrüfatı subsidiyaları üzrə respublika komissiyasının nazir İsmət Abasovun sədrliyi ilə növbəti iclasında mineral gübrələri qiymətinin 50%-ə satan şirkətlərə subsidiya ayrılması barədə qərar qəbul edilib.
Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin məlumatına görə, 4 subyektə 3 mln 228 min manat subsidiya verilməsi qərara alınıb. “Aqrolizinq” ASC, “Aqrokimya” MMC, “Mikro Az Feed” və “NUR-AZE” vəsait alıb.
Bu şirkətlər 83,2 min ha torpağı gübrələmək üçün 9 474 fermer və kənd təsərrüfatı obyektinə 14 487,6 ton mineral gübrə satıb.
Azərbaycanda kənd təsərrüfatının subsidiyalaşdırılmasına 2006-cı ildən başlanılıb. 2007-ci ildən fermerlərə mineral gübrə satışının vəsaitinin yarısı dövlət büdcəsindən ödənilir.
2013-cü ildə dövlət büdcəsindən kənd təsərrüfatının subsidiyalaşdırılması üçün 125 mln manat, o cümlədən mineral gübrə üzrə 25 mln manat ayrılıb. İndiyədək bu vəsaitin 12 mln manatı mineral gübrə alışına xərclənib. 2012-ci ildə bu məqsədlə 114 mln manat xıərclənib. Bunun 18 mln manatı mineral gübrə satanlara ayrılıb. 08D
-
- İqtisadiyyat
- 3 İyul 2013 14:52
-
- Analitika
- 3 İyul 2013 15:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz