AİF-in istiqrazlarının altıncı emissiyası ödənilib
3 iyun 2013-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun 40 mln manatlıq AZ2006008687 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar cari qiymətlə satışa çıxarılıb. Hərracda 2 investor iştirak edib.
Fondun məlumatına görə (http://www.amf.cbar.az/?/az/news/view/348), bu, 6-cı emissiyanın 8-ci hissəsidir. İstiqrazların dövriyyə müddəti 10 il, ödənilmə tarixi 6 noyabr 2022-ci ildir. İllik dərəcə 3%-dir.
Bu emissiyadan 7 hərracda 34 mln manatlıq istiqraz yerləşdirilib. 2009-2012-ci illərdə Fond 240 mln manatlıq emissiya yerləşdirib.
AİF 2005-ci ildə yaradılıb, 2006-cı ildən kredit verir. Banklar üçün sərfəsiz sosial ipoteka (maksimum 50 min manat, dərəcə 4%) 2007-ci ildə başlayıb, yarım il sonra dayanıb.
1 iyun 2009-cu ildən kommersiya ipotekası verilir (50 minədək, 3-25 illiyə, dərəcə 8%).
Ötən il AİF 74,77 mln manat kredit verib. --17D—
-
- Cəmiyyət
- 5 İyun 2013 15:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz