«Akkord» korporasiyası iki şirkət yaradıb
“Akkord sənaye-tikinti investisiya korporasiyası” yeniş “Hidraulic Mechanism Company” MMC şirkəti yaradıb, deyə Vergilər Nazirliyi bildirir.
Ötən ilin dekabrında şirkət yaradılanda onun rəhbəri Hafiz Namazov idi. İndi şirkətin direktoru Rüstəm Şahbazovdur.
Azərbaycanda kommersiya hüquqi şəxslərin qeydiyyatı haqqında rəsmi informasiyalar 2-3 ay gecikməklə dərc edilir.
Bu məlumatlara əsasən, ötən ilin sonunda «Akkord» korporasiyası Türkiyənin «Çakır Yapı Sanayi ve Ticaret A.Ş» ilə “Akkord və Çakır Yapı Birgə Müəssisəsi” yaradıb. Ukrayna KİV-nin məlumatına görə, birgə müəssisə 109 mln avroluq Kiyev-Çerniqov-Novıye Yariloviçi avtomobil yolunun təmiri məqsədilə keçirilmiş tenderin qalibi olub. --08D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz