Almaniya şirkəti TAP-ın dəniz sahəsi üçün boru tədarük edəcək
Transadriatik qaz kəmərinin (ТАР) tikintisi layihəsi üzrə konsorsium TAP-ın dəniz sahəsi üçün boru tədarükü üzrə saziş imzalayıb, deyə konsorsium məlumat verir.
Adriatik dənizinin dibi ilə Albaniyadan İtaliyanın cənub sahilinə uzanacaq 110 kilometr 36 düyməlik borular üzrə saziş Almaniyanın Salzgitter Mannesmann International GmbH şirkəti ilə imzalanıb. Boruların ümumi çəkisi 71 min tondur.
Buna qədər TAP konsorsiumu İtaliyanın Saipem şirkəti ilə Adriatik dənizinin dibi ilə boru kəmərinin tikintisi üzrə SpA EPCI-saziş (Engineering, procurement, construction and installation) imzalayıb. Kəmərin bu hissəsi Albaniya ilə İtaliyanın cənub sahilini birləşdirəcək.
ТАР layihəsi "Şahdəniz 2" qazının Aİ ölkələrinə nəqlini nəzərdə tutur.
ТАР səhmdarları bunlardır: BP - 20%, SOCAR (20%, Snam - 20%, Fluxys - 19%, Enagás - 16%, Axpo - 5%. –12D--
-
- Cəmiyyət
- 18 Aprel 2016 11:10
-
- İqtisadiyyat
- 18 Aprel 2016 11:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz