AMB avtomobil parkını genişləndirir
Mərkəzi Bankın iki inkassator avtomobili və o qədər təhlükəsizlik avtomobili tədarükü üzrə tenderini udmaq istəyənlər müsabiqə komissiyasına müraciət edə bilərlər: Bakı, R.Behbudov küç., 32;, tel.: 493 11 22 (əlavə 361).
AMB-nin məlumatına görə, tender şərtlərinə əsasən, avtomobillərin tədarükü müqavilə bağlanandan sonra 150 günə həyata keçirilməlidir. Müqavilə iyunun ilk günlərində bağlanacaq, təkliflər 31 maya kimi qəbul edilir. Tender iyunun 1-də keçiriləcək.
İştirak qiyməti 150 manatdır. İddiaçılar texniki tələblərə uyğun, texniki xidmət zəmanətli avtomobillərə məqbul qiymət təklif etməlidir. --17D—
-
- Siyasət
- 14 Aprel 2016 14:21
-
- İqtisadiyyat
- 14 Aprel 2016 14:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz