AMB-nin valyuta ehtiyatları əriyir
Yanvarın 1-i üçün Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $5 mlrd.-a qədər azalıb. Bu barədə AMB-nin 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
Ötən il valyutaya tələbat yüksək olaraq qalıb. Nəticədə valyuta bazarında kəskin disbalans yaranıb. Tələbatı ödəmək üçün AMB il ərzində $8 mlrd satmalı olub.
AMB ekspertləri hesab edir ki, bu, iqtisadi subyektlərin balanslarının valyuta strukturunun dəyişməsinə səbəb olub. 2015-ci il ərzində əhalinin xarici valyutada əmanətləri ilin əvvəlindən bəri 40%-dən çox artaraq $5 mlrd-ı ötüb.
Xatırladaq ki, 2014-cü ilin sonuna AMB-nin valyuta ehtiyatları $13 mlrd 758,3 mln manat təşkil edib. --17D—
-
- İqtisadiyyat
- 6 Yanvar 2016 12:28
-
- İqtisadiyyat
- 6 Yanvar 2016 12:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz