
AMB notlarının gəlirliliyi illik 1,07%-ə çatıb
Azərbaycan Mərkəzi Bankının 50100142S seriyalı 5 mln manatlıq notları 8 yanvar 2013-cü ildə hərracda yerləşdirilib.
Notların elan edilən 30 mln manatlıq həcminə qarşı hərraca 5 mln manat çıxarılıb və iki investor tərəfindən məcmu tələb nominalal 10 mln manat olub. Sifarişlər 99.9170%-dən (gəlirlilik 1.07%) 99.9171%-dək (1.07%) qiymət diapazonunda təqdim edilib.
Rəqabət sifarişləri üzrə kəsmə qiymət AMB tərəfindən 99.9171% (1.07%) təyin edilib və orta ölçülmüş qiymətə uyğun gəlib.
Notlar üzrə öhdəliklər 5 fevral 2014-cü ildə silinəcək. Əvvəlki hərraclarda AMB notları illik 1,06%-lə satılıb. --15D--
-
- İqtisadiyyat
- 9 Yanvar 2014 15:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz