AMB rəhbəri BVF missiyası ilə məsləhətləşmələr aparıb
Mərkəzi Bankın sədri Elman Rüstəmovun Məhəmməd əl Qorçinin rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun (BVF) Maddələr Sazişi IV üzrə məsləhətləşmələr missiyasının nümayəndə heyəti ilə görüşündə ölkədə makroiqtisadi proseslər, hökumət tərəfindən aparılan islahatlar, maliyyə sektorundakı vəziyyət, yeni məzənnə rejiminin idarəedilməsi strategiyası kimi məsələlər müzakirə edilib.
AMB-nin məlumatına görə, missiya ölkədə maliyyə sabitliyinin dəstəkləməsi, bank sektorunun sağlamlaşdırılması, valyuta məzənnəsinin idarə edilməsi istiqamətində görülmüş işləri yüksək qiymətləndirib.
Qeyd edilib ki, yeni məzənnə siyasəti milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilərinə yönəlib.
Görüşdə həmçinin Mərkəzi Bank ilə BVF arasında formalaşmış əməkdaşlıq əlaqələri müzakirə olunub. BVF missiyası cümə axşamı maliyyə naziri Samir Şərifovla görüşüb.
BVF hökumətin hərəkətlərini dəstəkləyib, sıx siyasi dialoqa dəstək verməyə, texniki köməyi gücləndirməyə razı olub. -0—
-
- Cəmiyyət
- 20 May 2016 13:57
-
- Mədəniyyət
- 20 May 2016 14:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz