Ankara, Tbilisi və Bakı ticarət dövriyyəsini gücləndirir
Türkiyə, Azərbaycan və Gürcüstan üçtərəfli ticarət dövriyyəsini 20 mlrd. dollara çatdırmaq niyyətindədirlər, bu barədə Türkiyənin iqtisadiyyat nazirinin müavini Fatih Metin V Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunun açılış mərasimində bildirib.
Bu tədbir bu gün İstanbulda Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının təşkilatçılığı ilə açılıb.
Nazir müavini üç ölkənin yaxın gələcəkdə bu məqsədə çata biləcəyindən əminlik ifadə ediblər.
Onun sözlərinə görə, üç ölkə sahibkarlarının görüşü təkcə iqtisadiyyatın və ticarətin inkişafına təkan verməyəcək, həm də onların mədəni və sosial sahələrdə yaxınlaşması nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir.
"Üçtərəfli biznes forumu maneələrin aradan qaldırılmasına və problemlərin həllinə şərait yaradır", deyə Metin qeyd edib. -02D-
-
- Cəmiyyət
- 18 Fevral 2017 12:43
-
- Aktual Reportaj
- 18 Fevral 2017 14:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz