Apreldə MDM-də QK dövriyyəsi 5,6 dəfə artıb
Bu ilin aprelində Milli Depozit Mərkəzində korporativ qiymətli kağızların dövriyyəsi 138,6 mln manat olub. Bu, ötən ilin aprelindəkindən 5,6 dəfə çoxdur. Qiymətli kağızların alqı-satqısının böyük hissəsi təkrar bazarda birja əməliyyatlarının payına düşür – 80,3 mln manat. 2012-ci ilin eyni dövründə bu göstərici 3,4 mln manat olub.
Apreldə 58,1 mln manat qiymətində korporativ qiymətli kağızlar yerləşdirilib. Bu, 2012-ci ilin eyni dövründəkindən 40 mln manat çoxdur.
MDM-də birjadankənar əqdlər üzrə əməliyyatlar kəskin düşüb (177 min manat).
2013-cü ilin 4 ayında MDM-də korporativ qiymətli kağızlar üzrə 294,6 mln manat məbləğində əməliyyatlar qeydiyyata alınıb. Bu, 2012-ci ilin eyni dövründəkindən (535,3 mln manat) 45% azdır..
İlin ötən dövründə MDM 1503 əqd qeydiyyata alıb. Bu, 2012-ci ilin yanvar-aprelindəkindən 1,6% azdır. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz