Aprelin 1-i üçün ISB üzvləri AVSMMİS çərçivəsində 20,1 mln manat toplayıb
I rübdə İcbari Sığorta Bürosunun üzvü olan sığorta şirkətləri avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası çərçivəsində 20,1 mln manat toplayıb (ötən ilin eyni dövründə nisbətən +31%).
İSB-nin məlumatına görə, deyilən dövrdə 240 min 176 sığorta polisi (+21%) satılıb.
Müqavilələrin çoxu – 109 min 842 ədəd (9,5 mln manat sığorta haqqı) martda bağlanılıb. Tranzit avtomobillərin payı 11 min olub.
2011-ci il dekabrın 16-dan Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tarif və şərtlərlə satışına başlanılıb.
Baza tarifi 50 manat məbləğində müəyyən olunub və mühərrikin həcmi 1500 kubsantimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artdıqca 1,5-5 əmsalları tətbiq olunur. Mühərrikin həcmi 5 min kubsantimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunur, yəni sığorta tarifi 250 manat təşkil edir.
Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, ötən il İSB üzvləri AVSMMİS çərçivəsində 76,37 mln manat toplayıb.--17D—
-
- Siyasət
- 4 Aprel 2016 12:54
-
- İqtisadiyyat
- 4 Aprel 2016 13:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz