Aqroparkların yaradılmasına 48 milyon manat ayrılıb
Bakı/17.02.17/Turan: Sahibkarlığa Kömək Milli Fondu 6 aqroparkın yaradılmasına 48 milyon manat güzəştli kredit ayırıb.
Bu barədə Şəmkir rayonunda Fond rəhbərliyinin sahibkarlarla görüşündə məlumat verilib.
SKMF yaradılmaqda olan iki aqroparkın adını çəkir: “Şəmkir Aqropark” və Xaçmaz rayonunda yerləşən “Yalama Aqropark”. Başqa aqroparklar haqda məlumat verilmir. Yalnız o məlumdur ki, Xızı rayonunda üçüncü aqroparkın layihəsi hazırlanıb.
Buna qədər iqtisadiyyat naziri Şahin Mustafauev məlumat vermişdi ki, 19 rayonda (Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Cəlilabad, Salyan, Füzuli, Saatlı, Şamaxı, Yevlax, Ağdaş, Şəmkir, İsmayıllı və s) daha 26 aqropark yaradılması planlaşdırılır. Bu günlərdə “Azərişıq” ASC Hacıqabul və Şamaxı rayonlarında yaradılan aqroparklar üçün elektrik ötürücü xətti tikintisi üzə tender elan edib. Bu aqrokomplekslərin yaradılmasına maraq göstərən şirkətlər barədə ictimaiyyətə heç nə məlum deyil. 08В
-
- Cəmiyyət
- 17 Fevral 2017 16:28
-
- İqtisadiyyat
- 17 Fevral 2017 16:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz