AR prezidenti: "Ən yaxşı müəllimlərin" yerinə innovasiyalar
Prezident İlham Əliyev avqustun 3-də 4 sentyabr 2007-ci il tarixli "Ən yaxşı müəllim" və "Ən yaxşə ümumtəhsil müəssisəsi" mükafatının təsis edilməsi haqqında sərəncamını ləğv edib.
Yeni sərəncama əsasən, dövlət büdcəsindən hər il bu mükafatlar üçün ayrılan vəsait təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldiləcək.
Sonuncu dəfə Əliyev 2014-2015-ci təhsil ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil müəssisəsi" və "Ən yaxşə müəllim" müsabiqəsinin qaliblərini 21 dekabr 2015-ci ildə mükafatlandırıb.
51 ümumtəhsil müəssisəsinə 10 min manat ölçüsündə və 116 müəllimə 5 min manat ölçüsündə birdəfəlik mükafat verilib. Mükafatların ümumi məbləği təxminən 1,58 mln. manat təşkil edib. İndi təxminən eyni məbləğ orta təhsildə innovasiyalara yönəldiləcək. -0-
-
- İqtisadiyyat
- 4 Avqust 2016 12:24
-
- İqtisadiyyat
- 4 Avqust 2016 13:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz