ARDNF kommersiya banklarına $50 mln satıb
Avqustun 31-də Dövlət Neft Fondu valyuta hərracında $50 mln satıb.
Turan-ın məlumatına görə, 28 banka dollar satılıb.
Məlumatda valyutaya real tələbat açıqlanmır. Bank dairələrində isə bildirirlər ki, hər dəfə tələb təklifdən 10-12 dəfə çox olur.
Qeyd edək ki, ötən həftənin sonundan bankların çoxu xarici valyuta satışını dayandırıb, bir qismi isə sərt limit qoyub – bir nəfərə 100 dollar/avro. –74D-
-
- Siyasət
- 1 Sentyabr 2016 12:29
-
- İqtisadiyyat
- 1 Sentyabr 2016 12:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz