ARDNF-nin vəsaitlərinin 36%-i yığıma yönəldilib
Dövlət Neft Fonduna cəmi (2001-2013-cü illər) $101 mlrd daxil olub.
Fondun ötən il üçün maliyyə hesabatında deyilir ki, bu vəsaitlərin 36%-i yığıma yönəldilib, qalanı (64%) müxtəlif məqsədlərlə istifadə edilib, o cümlədən dövlət büdcəyinə transfert edilib. 2003-13-cü illərdə Fonddan büdcəyə 46 mlrd 435 mln manat (ötən il 11,35 mlrd) yönəldilib.
Ötən il Fonda $17 mlrd 329,2 mln daxil olub, bunun 9,5%-i yığıma yönəldilib (2012-ci ildə bu göstərici 24,9% və ya $17 mlrd 405,4 mln olub).
Ötən ilin sonu üçün ARDNF-nin aktivləri $35 mlrd 877,5 mln (+5,12%) olub. Aktivlərin çoxu (90%) qiymətli kağızlardır. İnvestisiya portfelinin gəlirliliyi 1,77% təşkil edib. 2007-2013-cü illərdə portfelin orta gəlirliliyi ildə 2,46% olub.
Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb. PSA sazişlər üzrə dövlətin bütün mənfəəti (ARDNŞ nəzərə alınmadan) bu Fonda yığılır. --17D—
-
- İqtisadiyyat
- 9 İyun 2014 19:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz