ARDNŞ-də kəşfiyyat və istismar qazması azalır
Dövlət Neft Şirkətinin qazma idarələri 2014-cü ilin yanvar-iyulunda qazma həcmini 2013-cü ilin eyni dövrü ilə müqayisədə 12,3% azaldaraq 81,123 min metrə çatdırıb.
ARDNŞ mətbuat xidmətinin məlumatına görə, kəşfiyyat qazmasının həcmi 1,628 min metr (azalma 71,7%), istismar qazmasının həcmi 79,495 min metr (azalma 8,3%) olub.
2014-cü ilin iyulunda qazma idarələrinin gördüyü iş həcmi 8,993 min metr olub. Bunun hamısı istismar qazmasıdır.
Məlumat verildiyi kimi, 2013-cü ildə ARDNŞ-nin qazma həcmi 142,656 min metr, o cümlədən istismar qazmasının həcmi 135,665 min metr, kəşfiyyat qazmasının həcmi 6,991 min metr olub.—0--
-
- Cəmiyyət
- 6 Avqust 2014 12:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz