ARDNŞ əməkdaşların maaşını artırır
ARDNŞ strukturlarında 1 iyun 2013-cü ildən bütün əməkdaşların maaşı artırılır.
ARDNŞ-dəki mənbə Turan-a bildirib ki, şirkət rəhbərliyi artıq sərəncam verib. Sənədə əsasən, 1 iyundan ARDNŞ strukturlarında əmək haqları 10% artırılır.
Hazırda şirkətdə orta aylıq maaş 700 manatdır ($890). ARDNŞ-də 70 min nəfər çalışır.
Dövlətstatkoma görə, Azərbaycanda 1 aprel üçün orta əmək haqqı 404,7 manat olub ($515,6). Neft sektorunda bu göstərici (dəniz və quruda hasilat da daxil) 1 min 546,7 manat, qeyri-neft sektorunda 374,6 manatdır.
Dövlət sektoru orta hesabla 327 manat, qeyri-dövlət sektoru 527 manat ödəyir. Müəllim və həkimlərin orta əmək haqqı ayda 200 manatdır. Təhsil və Səhiyyə nazirlikləri ixtisasın artırılmasının stimullaşdırılması sistemini hazırlayır. Bu, büdcəçilərin əsas hissəsinin maaş səviyyəsini differensasiya etmək imkanı verəcək. --12D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz