ARDNŞ kəşfiyyatı azaldıb, istismar qazmasına diqqət ayırır
2014-cü ilin I yarısında ARDNŞ 72 min 13 metr qazma işləri aparıb. Bu, ötən ilin eyni dövründəkindən 13,5% azdır.
ARDNŞ mətbuat xidmətinin məlumatına görə, kəşfiyyat qazması 1,628 min metr (azalma 68,9%), istismar qazması 70,502 min metr (azalma 9,7%) olub.
2014-cü ilin iyununda qazma idarələri 9,908 min metrlik iş görüb, bunun 9,875 min metri istismar, 33 metri kəşfiyyat qazmasıdır.
2013-cü ildə ARDNŞ-nin qazma həcmi 142,656 min metr, o cümlədən istismar qazması 135,665 min metr, kəşfiyyat qazması 6,991 min metr olub.
Ötən ilin II yarısından ARDNŞ istismar qazmasına diqqət ayırır. Hasilatı sabitləşdirmə proqramına əsasən, ARDNŞ 2015-2016-cı illərdə 230 istismar quyusu qazacaq. ARDNŞ-nin məlumatına istinad etsək, bu il hər həftə iki quyu istifadəyə veriləcək.
Bunun sayəsində 2014-cü ilin yanvar-mayında ARDNŞ 3,51 mln ton neft çıxarıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hasilat 50 min ton və ya 365 min barrel artıb. --12В--
-
- İqtisadiyyat
- 5 İyul 2014 13:41
-
- Cəmiyyət
- 5 İyul 2014 13:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz