ARDNŞ-nin Bakı-Novorossiysk kəmərindən səmərəli istifadə variantı var
Dövlət Neft Şirkəti Bakı-Novorossiysk kəmərindən səmərəli istifadə variantlarını hazırlayır.
ARDNŞ prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib ki, Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə tədarükündə kommersiya məsələləri üzrə razılıq alınmasa, bu kəməri revers rejimdə istifadə etmək olar.
"Burda müxtəlif variantlar var: Rusiya şirkətləri bu kəmərlə Azərbaycanın ixrac boru kəmərlərindən istifadə edib öz neftini dünya bazarlarına çıxara bilər. Digər tərəfdən, gələcəkdə revers rejimindən istifadə edib Rusiya neftini yeni neft-kimya kompleksinə tədarük etmək olar", - deyə Abdullayev bildirib.
Qeyd edək ki, gücü ildə 10 mln ton olacaq yeni neft-kimya kompleksini 2020-ci ilin sonunda istismara vermək planlaşdırılır. --12В--
-
- İqtisadiyyat
- 16 May 2013 12:28
-
- Siyasət
- 16 May 2013 12:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz