ARDNŞ Bakı-Novorossiysk kəməri ilə neft nəqlinə qarşı deyil
Dövlət Neft Şirkəti Bakı-Novorossiysk kəməri ilə neft nəqlinə qarşı deyil, deyə ARDNŞ prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib. Amma əlavə edib ki, tranzit şərtləri Azərbaycanı qane etməlidir.
ARDNŞ rəhbəri bəyan edib ki, 2013-cü ilin sonuna kimi tədarük mövcud sazişlə olacaq. Yəni 1 ton üçün $15,67 tarifi qüvvədə qalır. Yeni tariflər müəyyən etmək üçün tərəflər danışıqlar aparır.
Abdullayev bildirib ki, Novorossiysk limanında neftin keyfiyyət bankı yaradılması, onunla üçüncü tərəflərin neftinin nəqli, revers imkanı müzakirə ediləcək. İqtisadi məqsədəuyğunluq olsa, ARDNŞ tədarükü davam etdirəcək.
ARDNŞ rəhbəri bəyan edib ki, Azərbaycanın öz neftini dünya bazarlarına çıxarmaq üçün çoxlu marşrutları var. Bakı-Novorossiysk kəməri onlardan biridir və prosesin dayanması ölkə üçün problem yaratmayacaq.
"Bizim BTC (55% yüklüdür), Bakı-Supsa, dəmir yolu marşrutumuz var", - deyə Abdullayev bildirib. --12D--
-
- İqtisadiyyat
- 16 May 2013 12:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz