ARDNŞ-nin yeni QEZ-nin tikintisinə 2014-cü ildə başalnılacaq
ARDNŞ-nin neft-kimya və neft emalı kompleksinin tərkibində olacaq yeni qaz emalı zavodunun təməli bu ilin sonunda qoyulacaq. Bu barədə bu gün jurnalistlərlə söhbətində ARDNŞ-nin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, tezliklə QEZ-in tikintisi üzrə tender elan ediləcək. Tenderin qalibinin müəyyən edilməsi yarım il çəkəcək. Bu vaxta kimi zavodun müfəssələ injinirinqi hazır olacaq. QEZ-in emal gücü ildə 12 mlrd m3 olacaq. Amma birinci mərhələdə zavod 6 mlrd m3 qaz emal edəcək.
ARDNŞ vitse-prezidentinin sözlərinə görə, QEZ-in ərazisi 4,5 min ha-dır. Kompleksin bir hissəsi Qaradağ, qalan hissəsi Abşeron rayonu ərazisindədir. "Bakı ŞİH kompleks üçün ərazi ayırıb və yaxın vaxtlarda Abşeron rayon İcra Hakimiyyətinin ərazi ayıracağı gözlənilir", - deyə Qəhrəmanov bildirib.
ARDNŞ təmsilçisinin sözlərindən görünür ki, yeni QEZ-in tikintisinə 2014-cü ildən tez başlanılmayacaq. Tikinti işləri 3 ilə başa çatacaq.
Qeyd edək ki, ilkin məlumata görə, QEZ-in qiyməti bank faizləri nəzərə alınmadan $2,4 mlrd təşkil edəcək. --12С—
-
- İqtisadiyyat
- 21 May 2013 16:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz