Dövlət kənd təsərrüfatı müəssisələrində islahatlar aparılacaq
Sayı 40-dan artıq olan dövlət kənd təsərrüfatı müəssisələrində islahatlar aparılacaq. Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bu gün Turana bildirib ki, onların bir hissəsi, ziyanla işləyənlər özəlləşdiriləcək.
Birinci mərhələdə 3 müəssisənin özəlləşdirilməsi planlaşdırılır. Artıq bu ilin sonuna proses başlaya bilər. «Əkinçilik və maldarlıqda ixtisaslaşdırılmış dövlət kənd təsərrüfatı müəssisələri təsərrüfat hesabına işləyir. Bununla belə Kənd Təsərrüfatı Nazirliyi hökumətə onların sağlamlaşdırılması üçün təkliflər planı təqdim edib", deyə nazirlik nümayəndəsi qeyd edib.
Dövlət kənd təsərrüfatı müəssisələrinin balansında 100 min hektardan artıq torpaq sahəsi var. Onların toxumçuluq və cins heyvandarlıq fondunun formalaşdırılmasına yönəldilməli olan fəaliyyəti ölkənin aqrar sektorunun inkişafında hiss olunmur. Bu gün Azərbaycanda kənd təsərrüfatı məhsullarının təxminən 99%-i özəl sektor istehsal edir. 08B
-
- İqtisadiyyat
- 21 May 2013 16:10
-
- İqtisadiyyat
- 21 May 2013 16:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz