Asanlaşdırılmış müflisləşmə
“Müflisləşmə və iflas haqqında” qanun layihəsinə düzəlişlər Milli Məclisdə müzakirə üçün hazırdır.
9-cu maddəyə düzəlişə əsasən, məhkəmə təyin ediləndən sonra bir həftə ərzində (hazırda 2 həftə) KİV-də elan verilməli, orda borclunun adı, ünvanı, birinci instaniya məhkəməsi və prosesin başlanması vaxtı göstərilməlidir.
Müəssisə müflis elan ediləndən sonra kreditorların iclasının keçirilməsi müddəti (13-cü maddə) 30 gündən 15 günə azaldılıb.
25-ci maddəyə düzəlişə əsasən, borclunun aktivləri 30 gündən gec olmayaraq satılmalıdır. Alıcı isə 7 günə (hazırda 14 gün) ödəniş edilməlidir.
46-cı maddəyə düzəlişə əsasən, borclunun əmlakını idarə edən 60 gündə tələbi alandan sonra 7 gün ərzində tələb reyestri (hazırda 28 gün) tərtib etməli, 3 gün ərzində reyestri məhkəmənin təsdiqinə verməlidir (hazırda 7 gün).
“Müflisləşmə və iflas haqqında” qanun 1997-ci ildən qüvvədədir. --17D—
-
- Cəmiyyət
- 7 Oktyabr 2015 14:35
-
- İqtisadiyyat
- 7 Oktyabr 2015 14:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz