Asiya İnkişaf Bankı Azərbaycana $500 mln kredit ayırıb
Asiya İnkişaf Bankı Azərbaycana $500 mln kredit ayırıb, deyə AİB məlumat verir.
Turan-ın məlumatına görə, kredit sosial ehtiyaclar, yeni iş yerlərinin yaradılması və iqtisadiyyatın şaxələndirilməsi üçün ayrılıb.
AİB-in dəstəyi hazırda Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir və uzunmüddətli davamlı inkişaf və hərtərəfli artıma yardımı təmin edəcək, - deyə AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Şon O Sallivan bildirib.
O qeyd edib ki, kredit Azərbaycan iqtisadiyyatının dövlət sektorunda effektivliyi, eləcə də biznesin asanlaşdırılması və rəqabət mühitini xeyli yaxşılaşdıracaq.
AİB-in məlumatında bildirilir ki, 1,4 mlrd qiymətləndirilən anti-böhran tədbirlərinə yönəldilib.
AİB-də qeyd ediblər ki, plan 3,7 mln nəfəri əhatə edəcək və büdcə sahəsi maaşlarının, pensiya və aztəminatlı ailələrin gəlirlərinin artırılmasını nəzərdə tutur.
AİB 2016-cı ildə Azərbaycan iqtisadiyyatında 2,5% azalma gözləyir. Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 14-də Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqı qəbul edib və onunla görüşdə əməkdaşlığın perspektivlərini müzakirə edib. 71D
-
- Cəmiyyət
- 7 Dekabr 2016 11:36
-
- Söz istəyirəm
- 7 Dekabr 2016 11:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz