ASK-nın sığortası ASA-nın diqqət mərkəzindədir
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) oktyabr ayında kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış sığorta şirkətlərinin əməkdaşları üçün birgə seminarlar təşkil etməyi planlaşdırır.
Artıq bu barədə Beynəlxalq Maliyyə Korporasiyası ilə danışıqlar başlayıb, deyə ASA-nın sədri Orxan Bayramov məlumat verib.
Onun sözlərinə görə, seminarda Dünya Bankının bu sahə üzrə mütəxəssisləri də iştirak edəcəklər.
Bu tələb olunan, amma az öyrənilən seqment sığorta şirkətlərinin haqlarını xeyli artıra bilər. Bu ilin 8 ayında sığorta şirkətləri 312,84 mln manat (ötən ilin eyni dövrünə nisbətən +10,4%) sığorta haqqı toplayıb.
Ödənişlər 116,16 mln manat (+12,2%) olub. Yəni 100 manata 37,1 manat ödəniş (1 sentyabr 2014-cü ildə 31 manat).
Orxan Bayramov hesab edir ki, 31 dekabra ümumi mükafatlar ilk dəfə yarım milyarda çatacaq (ötən il 429,2 mln, - +16,5%)..--17D—
-
- Siyasət
- 16 Sentyabr 2015 15:25
-
- İqtisadiyyat
- 16 Sentyabr 2015 16:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz