«Atasığorta»nın aktivləri 1,7% artıb
«Atasığorta» şirkətinin aktivləri 2016-cı ildə 2015-ci ilə nisbətən 1,7% və ya 550,431 min manat artaraq 32 mln 232,136 min manat təşkil edib, deyə şirkətin hesabatında bildirilir.
Hesabat dövründə «Atasığorta»nın öhdəlikləri 4,5% və ya 727, 814 min manat azalaraq 15 mln 452,510 min manat olub.
«Atasığorta»nın kapitalı 1 mln 278,245 min manat və ya 8,2% artaraq 16 mln 779,625 min manata çatıb.
2016-cı ildə şirkətin gəlirləri 16 mln 030,887 min manat, xərcləri 14 mln 279,926 min manat olub.
2004-cü ildən fəaliyyət göstərən «Atasığorta»nın nizamnamə kapitalı 12 mln 400 min manatdır. 71D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz