AtraBank-ın xalis mənfəəti 15% artıb
"AtraBank" ASC 2012-ci ilin 3 rübündə vergi ödəniləndən sonra 378 min manat xalis mənfəət əldə edib. Bu, bir il öncəkindən 15% çoxdur. Bankın gəlirləri 6,12 mln manat, xərcləri 5,74 mln manat olub. Onlar 41,9% və 46,2% artıb.
Yanvar-sentyabrda aktivlər 2,7% artaraq 64,22 mln manata çatıb. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 0,2% azalaraq 45,16 mln manat olub.
Bankın ümumi öhdəlikləri 48,95 mln-dan 50,1 mln manata artıb. Depozit portfeli 23,1% genişlənərək 23,62 mln manat, o cümlədən müddətli müştəri əmanətləri
35,4% artaraq 19,95 mln manat olub.
Balans kapitalı 3,7% artaraq 14,11 mln manat, məcmu kapital 3,5% artımla 11,74 mln manat təşkil edib. Ödənilmiş nizamnamə fondu 10,42 mln manat səviyyəsində qalıb. --15B--
-
- Cəmiyyət
- 12 Noyabr 2012 11:33
-
- İqtisadiyyat
- 12 Noyabr 2012 11:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz