«AtraBank» səhmləri vaxtında yerləşdirə bilməyəcək
«AtraBank» ASC 40 mln manatlıq əlavə səhm emissiyasının yerləşdirmə müddətini 30 dekabra kimi uzadıb..
Bakı Fond Birjasının məlumatına görə, 11 noyabr üçün bankın ödənilmiş nizamnamə kapitalı 36 mln 468,8 min manatdır. 2013-cü ildə başlayan əlavə səhm emissiyasının yerləşdirilməsi nəticəsində nizamnamə kapitalı 50 mln 424,8 min manata çatmalıdır. Səhmlərin nominalı 400 manat, sayı 100 mindir. Yerləşdirmə noyabrda bitməli idi, ilin sonuna kimi uzadılıb.
Səhmlərin hamısı yerləşdirilsə, «AtraBank» ASC AMB-nin minimal kapitallaşma tələbini yerinə yetirəcək.
«AtraBank» 1991-ci ildə yaradılıb. Səhmdarları 30-dan artıq fiziki şəxsdir. --17D—
-
- İqtisadiyyat
- 13 Noyabr 2014 14:51
-
- İqtisadiyyat
- 13 Noyabr 2014 15:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz