Auditor AMB-nin 2016-2018-ci illər üzrə maliyyə hesabatını qiymətləndirəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) 2016-2018-ci illər üzrə maliyyə hesabatının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) uyğun auditinin aparılması üçün auditor seçimi üzrə tender elan edib.
AMB-dən verilən məlumata görə, qalib tenderin sonunda elan ediləcək, auditorun vəzifələri AMB-nin 2016-2018-ci illər üçün BMHS-ə uyğun auditidir.
Tenderdə iştirak etmək üçün dövlət rüsumu 200 manatdır. İştirakçı şirkətlərin tender təkliflərinin qiymətləndirilməsi zamanı auditor şirkətinin təcrübəsi nəzərə alınacaq.
Tender üzrə təkliflər aprelin 11-dək qəbul ediləcək. Tenderin qalibi aprelin 12-də elan ediləcək.
Auditin aparılması üzrə işlərin həyata keçirilməsi müddəti müqavilənin imzalandığı andan etibarən 60 gün təşkil edir. --17D—
-
- Cəmiyyət
- 19 Fevral 2016 14:22
-
- İqtisadiyyat
- 19 Fevral 2016 14:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz