Avqustda qiymətlər düşməkdə davam edib
Dövlətstatkom maydan avqusta kimi deflyasiya qeydə alıb. DSK-da Turan-a bildiriblər ki, avqustda istehlak qiymətləri iyulla müqayisədə 0,3% düşüb. Maraqlıdır ki, büdcə təşkilatlarında maaş artımı qeyd ediləndən sonra avqustda bir sıra ərzaq məhsullarında bahalanma olub.
Rəsmi məlumata görə, avqustda ərzaq 0,8% ucuzlaşıb.
DSK avqustda ət (mal, qoyun, quş əti), kolbasa, xama, yumurta, kərə yağı, lobya, kök, xiyar, limon və göy bahalanıb. Müstəqil ekspertlər bildirir ki, avqustun son günlərində avqustun son günlərində mal və qoyun əti, soğan və kartof kəskin bahalanıb. Ekspertlər hesab edir ki, bu, müvəqqətidir və möhtəkirlərin işidir. Dövlətstatkoma görə, avqustda unun, qarabaşaq yarmasının, pasterizə olunmuş və olunmamış üzlü südün, almanın, armudun, şaftalının, qarpız və yemişin, üzümün, kələmin, pomidorun, bibərin, badımcanın, çuğundurun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma olub.
Əhaliyə pullu xidmətlər 0,1% bahalanıb. Qeyri-ərzaq mallarının qiyməti sabit qalıb.
Avqust ayında əhaliyə göstərilən pullu xidmətlərdən hava sərnişindaşıma nəqliyyatı tariflərində bahalaşma müşahidə olunub.
Azərbaycanda may ayından başlayan deflyasiya davam edir. Mayda ərzaq 0,4%, iyunda 1,1%, iyulda 0,7% ucuzlaşıb.
Hökumət 2013-cü ildə 5% inflyasiya proqnozlaşdırır. 08D
-
- İqtisadiyyat
- 5 Sentyabr 2013 14:09
-
- İqtisadiyyat
- 5 Sentyabr 2013 14:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz